İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Sevdaliza insidenti: iranlı müğənni siyahıdan çıxarıldı

Ermənistanda 30 avqustda İrəvan yaxınlığında baş tutacaq “Music Fest with Coca-Cola 2025” musiqi festivalının təşkilatçıları niderlandlı, iran əsilli müğənni Səvdəlizanı çıxışçılar siyahısından çıxarıb.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Qərar sosial şəbəkələrdə yaranmış narazılıq fonunda verilib. İstifadəçilər ifaçını xristian dəyərlərinə hörmətsizlikdə günahlandıraraq, onun çıxışının ləğvini tələb etmişdilər.

Sevdaliza kimdir və niyə etirazlara səbəb olub?

Sevdaliza (əsl adı Sevda Alizadeh) 1987-ci ildə Tehranda anadan olub, uşaqlıqda Niderlandaya köçərək orada böyüyüb. O, əvvəlcə idmanla məşğul olub, hətta Niderland gənclər yığmasında basketbol oynayıb. Sonradan musiqi fəaliyyətinə başlayaraq eksperimental elektro, alternativ R&B, trip-hop və avant-pop üslublarında mahnılar ifa etməyə başlayıb. Onun 2017-ci ildə çıxan ISON adlı debüt albomu tənqidçilər tərəfindən yüksək qiymətləndirilib və dünya musiqi arenasında ona tanınma qazandırıb.

Lakin ifaçı bədii obrazlarında tez-tez dini və mistik motivlərdən istifadə etdiyi üçün dəfələrlə mübahisələrin mərkəzinə düşüb. Sosial şəbəkələrdə bir qrup istifadəçi onu xristian dəyərlərinə hörmətsizlikdə ittiham edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR