İnsanlara hürriyət, millətlərə istiqlal!

Stepan Danielyandan Zəngəzur dəhlizi ilə bağlı İLGİNC AÇIQLAMA

“Türk dünyasının formalaşması 19-cu əsrdən bu yana Böyük Britaniyanın layihəsidir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu iddia yerli revanşist politoloq Stepan Danielyan tərəfindən irəli sürülüb.

“Hələ 19-cu əsrdə əsas mübarizə Mərkəzi Asiyada nüfuz yaratmaq, resurslara və əsas kommunikasiyalara nəzarət etmək uğrunda bir-biri ilə rəqabət aparan Böyük Britaniya və Rusiya arasında gedib. İndi bu oyun bərpa olunub və Britaniya ABŞ-la birgə Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiyaya nəzarəti ələ keçirmək niyyətindədir. Onlara görə, bu bölgə Rusiya Federasiyasına, İrana, sonra isə Çinə qarşı əraziyə çevrilməlidir. Yəni obrazlı desək, “türk dünyası” da Ermənistandan keçməlidir. Bu, Sünikin, ola bilsin ki, bütün Ermənistanın itirilməsi deməkdir”, - deyə o qeyd edib.

Danielyanın sözlərinə görə, bu planlar ABŞ-ın analitik mərkəzlərinin dərc etdiyi materiallarda aydın şəkildə görünür:

“ABŞ Bakının Tehrandan asılılığını azaltmaq maraqları naminə Naxçıvanla maneəsiz əlaqənin təmin edilməsinin zəruriliyini vurğulayır. Qərb əmindir ki, Bakının bu cür asılılıqdan qurtulması Azərbaycandan İrana qarşı daha səmərəli istifadə etməyə imkan verəcək”.

Erməni ekspertin fikrincə, Qərb Azərbaycanın müharibəni dayandırmağa razı olmasından son dərəcə narazı olub, Azərbaycan tərəfi Türkiyənin yardımı ilə sona qədər getməli idi:

“Rusiya isə türk dünyasının yaradılması layihəsini onun iştirakı olmadan və Qərbin təsiri altında həyata keçirməkdə maraqlı deyil, ona görə də Ermənistan dəstəyə arxalana bilərdi. Amma yeni reallıqlara görə, Rusiya bölgədə Qərb təsirinin qarşısını almaq üçün yalnız Türkiyə və Azərbaycanla işləməyə çalışır”.

Danielyan hesab edir ki, bu razılaşmanın qiyməti Ermənistan ərazisi də ola bilər:

“İran üçüncü dövlətlərin regiona cəlb edilməsinin qəbuledilməzliyi barədə Ermənistana xəbərdarlıq edərək mümkün mənfi nəticələrin qarşısını almağa çalışır. Bu gün yalnız İran Ermənistanın maraqlarından çıxış edir və Zəngəzur dəhlizinin açılmasına imkan vermir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR