İnsanlara hürriyət, millətlərə istiqlal!

Stas Naminin qohumlarının qətlinin təfərrüatları: “Məni Allah məcbur etdi”

Estrada ulduzu Stas Naminin (sovet dövlət xadimi Anastas Mikoyanın eyni ad-soyadlı nəvəsi) oğlunun və keçmiş qayınanasının İstrinski rayonunun Kryukovo kəndində öldürülməsinin yeni dəhşətli təfərrüatları üzə çıxıb.

Xatırladaq ki, məşhur musiqiçinin keçmiş qayınanası və doğma oğlu Artyom sənətçinin ögey oğlu Roman Mikoyan tərəfindən öldürülüb.

Musavat.com Rusiya mediasında istinadla bildirir ki, istintaq orqanlarındakı mənbənin verdiyi məlumata görə, Roman faktiki olaraq qohumlarını bir-bir öldürüb. Üstəlik, o, 85 yaşlı nənəsi Paraskoviya Tkaçenkonu kresloda yarıuzanılı halda mürgülədiyi zaman çəkiclə vurub, daha sonra onun başına sellofon torba keçirib və bıçaqlayıb.

Bundan sonra Roman ögey qardaşı Artyoma və anası Qalinaya zəng edərək, nənələrinin özünü yaxşı hiss etmədiyini deyib, onlardan bağ evinə gəlmələrini xahiş edib. Artyom birinci gəlim. Roman ona bıçaqla hücum edib, qolunu kəsib. Artyom aqressiv qohumundan qaçmağa çalışsa da, o, ona çatıb və bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.

Sonra hadisə yerinə Romanın anası Qalina gəlib. Qatil ona etdiklərini danışaraq, deyib ki, onu bu dəhşətli cinayəti törətməyə Allah məcbur edib.

Ekspertiza Mikoyanın hadisəni törədərkən hər hansı narkotik maddənin təsiri altında olub-olmadığını müəyyən etməlidir. Eyni zamanda, o özü “112” xidmətinə zəng edərək, əmələindən danışıb, bu zaman səsində sərxoşluq əlaməti olmayıb. Roman polisdən onun yanına gəlməsini və onu həbs edərkən “qollarını burmamasını istəyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR