Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın baş naziri Kir Starmer Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə ABŞ lideri Donald Tramp ilə əlaqələri normallaşdırmağın vacibliyini vurğulayıb.
"Financial Times" qəzetinin məlumatına görə, Starmer bildirib ki, ABŞ-ın dəstəyi olmadan Ukrayna üçün sülh uzunmüddətli olmayacaq.
Görüşdə Ukrayna və Avropanın gələcəyi, təhlükəsizlik təminatları və Qərbin Ukraynaya dəstəyinin davamlılığı kimi məsələlər müzakirə edilib.
Musavat.com "Financial Times" qəzetindəki yazıya istinadla bildirir ki, Starmer həmçinin Tramp və Zelenskinin nadir metallar üzrə razılaşma imzalamasının vacibliyini qeyd edib.
Bu çağırış Ağ Evdə Ukrayna ilə bağlı uğursuz keçən görüşdən sonra gəlir. Tramp administrasiyası Ukraynaya dəstək məsələsində hələlik qeyri-müəyyən mövqe tutur, lakin Böyük Britaniya və Avropa İttifaqı Ukraynanın Qərblə əməkdaşlığını gücləndirmək üçün yeni diplomatik addımlar atmağa çalışır.
Musavat.com
03 Mart 2025
02 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ