Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın baş naziri Kir Starmer Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Musavat.com xəbər verir ki, məlumatı baş nazirin ofisi açıqlayıb. Məlumata görə, tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Ofisin açıqlamasında qeyd edilir ki, “onlar Ukraynada baş verən son hadisələri müzakirə edərək, prezident Volodimir Zelenskiyə sarsılmaz dəstəklərini və Ukrayna xalqı üçün ədalətli və davamlı sülhün təmin edilməsini bir daha təsdiqləyiblər”.
Starmer və Makron ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişəyə son qoymaq səylərini alqışlayıblar və yaxın günlərdə Tramp və Zelenski ilə sıx əməkdaşlığın davam etdirilməsi yollarını müzakirə ediblər. Həmçinin bu mövzuda “sıx əlaqəni davam etdirməyə razılaşıblar”.
Musavat.com
11 Avqust 2025
10 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ