İnsanlara hürriyət, millətlərə istiqlal!

Stalinin Moskva ətrafındakı bağ evi hərraca çıxarılıb

Moskva vilayətinin Mıtişi rayonunda ötən əsrin 30-cu illərində İosif Stalinin yaşadığı Lipki-Alekseevskoye malikanəsi hərraca çıxarılıb.

Musavat.com rusiya mediasında istinadla xəbər verir ki, lotun başlanğıc qiyməti 403,5 milyon rubl təşkil edir. Hərracda iştirak etmək üçün ərizələr oktyabrın 30-dək qəbul edilir. Hərracın özü noyabrın 3-nə təyin edilib.

Lota həmçinin təxminən 38 hektar sahənin və ümumi sahəsi 3,8 min kvadratmetr olan daşınmaz əmlakın icarəsi daxildir.

Müsabiqənin qalibindən əmlakın qorunub saxlanması üçün işlərin görülməsi və onun saxlanmasına dair tələblərin yerinə yetirilməsi tələb olunacaq.

1932-1934-cü illərdə İosif Stalin bu mülkdə yaşayıb. Sonrakı onilliklərdə obyekt dövlət malikanəsi kimi istifadə edilib, bina yenidən qurulub və mülkün ərazisində yeni binalar tikilib. 1989-cu ildə bu ərazidə ağır xəstəlikləri olan uşaqlar üçün reabilitasiya mərkəzi yerləşib. 2004-cü ildə bina yenidənqurma üçün bağlanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR