İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Britaniyadan Fələstini tanımağı istəyir – İsraildən sərt reaksiya

Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Baş naziri Kir Starmerdən Fələstin dövlətini mümkün qədər tez tanımasını tələb edib.

Musavat.com xəbər verir ki, bu təşəbbüs İsrailin ciddi etirazına səbəb olub.

İsrail rəsmiləri bu cür addımların HƏMAS-ı təşviq etdiyini və beynəlxalq terrorla mübarizə səylərini sarsıtdığını bəyan ediblər. Yerli media yazır ki, İsrail tərəfi Fələstin dövlətinin tanınmasını “terrora görə verilən mükafat” kimi qiymətləndirir.

Makronun təşəbbüsü Fələstin məsələsində Qərb ölkələri arasında parçalanmanı daha da dərinləşdirə bilər. İsrail isə müttəfiqlərindən bu məsələdə “məsuliyyətli və balanslı” mövqe gözlədiyini bildirir.

 Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2025

05 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR