Onlayn ictimai-siyasi qəzet
Yaponiya Şinmoe vulkanının püskürməsindən sonra kü sütunu 5 km yüksəlib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Miyazaki və Kaqosima prefekturalarının sərhədində yerləşən aktiv stratovolkan Şinmoe 5 km-dən çox hündürlüyə nəhəng kül sütunu atıb. Kül buludu 50 km radiusda olan hər iki prefekturanı əhatə edib.
Bildirilir ki, iyunun sonundakı əvvəlki püskürmələr daha zəif olub - emissiyanın hündürlüyü cəmi 500 metr idi və sonuncu böyük aktivlik 2018-ci ildə müşahidə edilib.
Bunun ardınca Kumamoto prefekturasında Aso vulkanının aktivləşməsi baş verib. Milli Meteorologiya Agentliyi püskürmə təhlükəsini ikinci səviyyəyə qaldırıb.
Musavat.com
05 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ