Onlayn ictimai-siyasi qəzet
Qvineyanın Nzerekore şəhərində futbol matçı zamanı rəqib azarkeşlər arasında dava düşüb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, insident bazar günü N'Zerekore və Labe komandaları arasında keçirilən "General Mamadi Doumbouya" kubokunun final matçı zamanı baş verib.
Matçın sonlarına doğru Labe komandasının oyunçuları N'Zerekore komandasının xeyrinə verilən penalti qərarına etiraz göstərib. Təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qazdan istifadə etməsindən sonra artan xaosda izdihamın stadionun tək çıxışına axışması vəziyyəti daha da pisləşdirib. Qarşılaşma zamanı rəqib azarkeşlər arasında şiddətli toqquşmalarda ən azı 100 nəfər həlak olub.
Bəzi insanların gözyaşardıcı qazdan öldüyü, bəzilərinin stadionun divarlarına dırmaşmağa çalışdığı, baş verən izdihamda ölən və yaralananların olduğu bildirilib. Qvineya Baş Naziri Amadou Oury Bah sosial mediada verdiyi açıqlamada həyatını itirənlərə başsağlığı verib və asayişin bərpası üçün lazımi addımların atıldığını deyib.
02 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ