İnsanlara hürriyət, millətlərə istiqlal!

Srebrenitsada hərbi cinayətlər törədən şəxs 20 il azadlıqdan məhrum olunub

Bosniya və Herseqovina Məhkəməsi 1995-ci ildə Srebrenitsa şəhərində 17 bosniyalı əsirin qətlində iştirak etdiyinə görə bosniyalı serb müharibə cinayətkarı Momsilo Tesiçi 20 il müddətinə həbs cəzasına məhkum edib.

AZƏRTAC xəbər verir ki, məhkəmə keçmiş polis zabiti olan M.Tesiçi bosniyalı hərbi əsirlərin öldürülməsindəki iştirakına görə təqsirli bilib və onu insanlığa qarşı cinayətdə mühakimə edib.

O, 1995-ci ilin iyulunda soyqırım cinayətkarı Ratko Mladiçin komandanlığı altında olan serb qüvvələrinin həyata keçirdiyi soyqırımında iştirakı ilə bağlı ittihamlardan isə azad edilib. Belə ki, M.Tesiçə qarşı soyqırımı ittihamlarına dair heç bir dəlil olmayıb. Lakin onun Srebrenitsada qorunan ərazidə bosniyalı mülki şəxslərə qarşı geniş və sistemli hücumlardan xəbərdar olduğu barədə hökm oxunub.

Qeyd edək ki, 1963-cü il təvəllüdlü M.Tesiç 2017-ci ildə keçirilən əməliyyatda hərbi cinayətlər və soyqırımında iştirak ittihamı ilə saxlanılmışdı.

Xatırladaq ki, 1995-ci ilin iyulunda Srebrenitsada törədilən soyqırımı 8372 günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Serb millətçiləri tərəfindən törədilmiş qətliam zamanı günahsız mülki insanlar, xüsusilə də qadın və uşaqlar öldürülüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR