İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqunun müavini Mariupolun talanmasından çoxlu pul qazanıb - “Dosye”nin iddiası

"Rusiya Federasiyası müdafiə nazirinin müavini Timur İvanov dövlət tikinti müqavilələri üçün ayrılan məbləği həddindən artıq şişirdərək böyük pullar qazanır".

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Dosye” mərkəzi məlumat yayıb.
Verilən informasiyada Timur İvanovun "Olimpsitistroy" və "Zapsibqazrom-Qazifikatsiya" şirkətlərindən pay aldığı qeyd olunur. Həmin şirkətləri onun etibarlı adamı, Lipetsk mütəşəkkil cinayətkar qrupunun keçmiş üzvü, keçmiş senator, erməni əsilli Aleksandr Ter-Avanesov idarə edir. Bəhs olunan firmalara milyonluq müqavilələr Müdafiə Nazirliyi tərəfindən verilir. İvanov nazir müavini olanda “Zapsibqazprom”un gəliri 8 milyard rubldan (98 milyon dollar) birdən birə 30 milyard rubla (372 milyon 300 min dollar) qədər artıb.

İndi "Olimpsitistroy" Rusiya qoşunları tərəfindən dağıdılmış və işğal edilmiş Mariupolda, demək olar ki, bütün tikinti layihələrini həyata keçirir. Şirkət 12 beşmərtəbəli binadan ibarət “Nevski” yaşayış kompleksini tikib. Bundan başqa, firma daha altı çoxmərtəbəli binanın tikintisi üzərində işləyir və şəhərdə təxminən 60 min kvadratmetr sahəsi olan yeni tibb mərkəzinin qurulması ilə məşğuldur.

Timur İvanov işin gedişatını şəxsən yoxlayır. “Dosye”nin hərbi dövlət sifarişləri bazarındakı həmsöhbətinin sözlərinə görə, İvanov və onun şəriki, iş adamı Aleksandr Fomin Mariupol tikinti sahələrində on milyardlarla rubl oğurlayıblar.

"Rusiya savaşda məğlub olsa belə Timur Mariupol tikinti sahələrindən yeddi nəslinə çatacaq qədər pul qazanıb”, - deyə İvanovun keçmiş dostlarından biri sayta danışıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR