İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqunun “5 gündə 24 Ukrayna təyyarə vurduq” sözləri YALAN ÇIXDI

Rusiya müdafiə naziri Rusiyanın 5 gün ərzində 24 Ukrayna təyyarəsini məhv edən yeni hava hücumundan müdafiə sistemlərinə malik olduğunu açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, “Vostok” qrupunun idarəetmə mərkəzinə səfəri zamanı danışıb.

“Bizim 5 gün ərzində 24 təyyarəni vuran komplekslərimiz var” - o deyib.

Maraqlıdır, daha sonra Şoyqu daha sonra bunu “Beş gündə 24 təyyarə vurduq” kimi əvəzləyib. Şoyqu hansı komplekslərdən söhbət getdiyini açıqlamayıb.

Hərbi analitik Yan Matveyev həm “yeni komplekslər”i, həm də “vurulan 24 təyyarəni” Şoyqunun növbəti fantaziyası adlandırıb.

"Bu müharibənin reallıqlarında, hətta bir və ya iki vurulmuş təyyarə tez bir zamanda həm Rusiya, həm də Ukrayna kanallarında foto və videolarda görünür. İndi guya birdən-birə 24 təyyarənin vurulmasından danışılır. Amma ortada nə bir təsdiq, nə də fotoşəkil var. Yeni hava hücumundan müdafiə sistemlərinə gəlincə, onlar adətən istifadəyə verilməzdən çox əvvəl inkişaf və sınaq mərhələsində elan edilir. Heç kimin eşitmədiyi, heç kimin yazmadığı yeni supereffektiv kompleks isə inanılmaz səslənir”,-deyə o, qeyd edib.

Son illərdə Rusiyada yalnız bir zenit-raket kompleksinin – “S-500” Prometey”in hazırlanması barədə məlumat verilib. Lakin bu sistem təyyarələrə qarşı deyil, ballistik raketlər və peyklərlə mübarizə aparmaq üçün nəzərdə tutulub. Rusiyanın digər hava hücumundan müdafiə sistemləri (S-400, Pantsir) 2007-2009-cu illərdə hazırlanıb.

Ümumiyyətlə, Rusiyada yüksək vəzifəli məmurlar mütəmadi olaraq "məhv edilmiş" düşmən texnikasının miqdarı ilə bağlı çaşqınlıq yaşayırlar. Sentyabrda Putin Ukrayna Silahlı Qüvvələrinin 18 min zirehli texnikasını itirməsindən danışıb, oktyabrda isə qəfildən bu rəqəmi təxminən 10 dəfə azaldıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR