İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqunu Tehrandan Bakıya gətirən ŞOK SƏBƏB - DETALLAR

TŞ katibinin regionda təhlükəsiz hesab etdiyi Bakıda gecələməyə qərar verməsi təbiidir, amma tək səbəb bu deyil...

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun əvvəl Tehrana, oradan isə Bakıya səfəri dərhal Qərb analitiklərinin diqqət mərkəzinə düşüb. 

“The New York Times” öz mənbələrinə istinadən yazıb ki, İran Putinin elçisi vasitəsi ilə Rusiyadan yeni hava hücumundan müdafiə sistemləri istəyib. İstək operativ şəkildə icraya qəbul olunub: Moskva artıq onları çatdırmaq protokollarına start verib. Nəşr iddia edir ki, iki İran rəsmisi Rusiyanın artıq radarlar və digər hava hücumundan müdafiə vasitələrini tədarük etməyə başladığını təsdiqləyib.

 Şoyqunun Tehrandan birbaşa Bakıya gəlməsi də xüsusi diqqət çəkib.  Bununla bağlı müəyyən ehtimallar səslənib. Ehtimallardan biri budur ki, Şoyqu hazırda gecəni  müharibə gözləntisində  olan İranda qalmaq istəməyib. Bir neçə gün əvvəl HƏMAS liderinin Tehranda öldürülməsinin Rusiya rəsmilərini ehtiyatlandırması anlaşılandır. O səbəbdən Şoyqunun və yanındakıların regionda təhlükəsiz hesab etdiyi Bakıda gecələməyə qərar verməsi təbiidir. Əlbəttə ki, bu, rəsmi elan edilməmiş səfər təəssüratı yaratsa da, Bakı Təhlükəsizlik Şurasının katibinin planları barədə əvvəldən xəbərdar edilib. 

İkinci mümkün versiya budur ki, regionda  qlobal müharibəni önləmək cəhdlərində rəsmi Bakı da yaxından iştirak edir. Ya da  paytaxtımız hər zamankı kimi, qarşıduran tərəflərə etibarlı danışıq masası təşkil etməyin məsuliyyətinə üzərinə götürə bilər.   

Prezident İlham Əliyev Sergey Şoyqunu qəbul edib - Oxu.az

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.

Prezident İlham Əliyev Sergey Şoyqunun səfərinin ikitərəfli münasibətlərin gündəliyi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Dövlətimizin başçısı Azərbaycanla Rusiya arasında regionda gedən proseslərlə bağlı mütəmadi təmasların əhəmiyyətini qeyd edib. Dövlət başçısı iki ölkənin siyasi rəhbərliyi arasında qəbul olunmuş qərarların, məhz “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin müddəalarının uğurla həyata keçirilməsini məmnunluqla qeyd edib.

Sergey Şoyqu ölkələrimiz arasında regional təhlükəsizlik, hərbi-texniki, nəqliyyat, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Şoyqu ölkəsinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirib.

Görüşdə 3+3 formatında əməkdaşlığın perspektivləri müzakirə olunub.

“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR