İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqu Rusiyada ən qeyri-populyar siyasətçiyə çevrilib-Sorğu

 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilk dəfə olaraq Rusiyanın ən populyar olmayan siyasətçilərinin ilk üçlüyünə düşüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onun reytinqi Ukraynaya hərbi müdaxilə başlayandan bəri xeyli azalıb. Belə bir nəticə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi tərəfindən keçirilən sorğuda əks olunub.

Mərkəzin məlumatına əsasən, bu ilin oktyabr ayında Şoyquya qarşı  etimadsızlıq reytinqi 4%-i keçib. Hökumətə yaxın mərkəzin antireytinqində müdafiə naziri müxalifət lideri Aleksey Navalnını belə qabaqlayıb. Hazırda  Şoyqudan daha az populyar  siyasətçilər yalnız Rusiya prezidenti Vladimir Putin və Kommunist partiyasının rəhbəri Gennadi Züqanovdur.

Hakbuki Ukraynanın işğalından əvvəl Şoyqu Rusiyanın ən məşhur nazirlərindən biri sayılırdı. Hətta 2022-ci ilin yanvarında rusların 18%-i onu ölkənin növbəti prezidenti kimi görmək istədiklərini bildirirdi.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR