İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şoyqu infarkt keçirib, aparata qoşublar, hər an…” – Rusiyalı iş adamından SENSASİON PAYLAŞIM

“Şoyqu Rusiya Müdafiə Nazirliyinin 20 generalının həbsindən sonra infarkt keçirib”.

Musavat.com milliyet.com.tr-yə istinadən xəbər verir ki, bunu rusiyalı iş adamı, “YuKOS” neft şirkətinin keçmiş rəhbəri Leonid Nevzlin “Moskvadakı mənbələrinə” istinadən Facebook-da yazıb.

İsraildə yaşayan, Rusiyada qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilmiş, eyni zamanda Moskvanın işgüzar və siyasi dairələri ilə əlaqələrini qoruyan Leonid Nevzlin Rusiya Müdafiə Nazirliyinin rəhbərinin səhhəti barədə açıqlama verib.

Sergey Şoyqunun güclü infarkt keçirdiyi, reanimasiyada olduğu və əlil ola biləcəyi iddia edilir.

Nevzlinin sözlərinə görə, Şoyqu “təbii olmayan səbəblərdən” infarkt keçirə bilərdi.

“Şoyqu oyunu tərk etdi, sağ qalsa, əlil ola bilər. Qəfildən güclü infarkt keçirdi, reanimasiyadadır, aparata qoşulub”, – deyə iş adamı yazıb.

O, həmçinin bildirib ki, RF Müdafiə Nazirliyinin 20 generalı həbs edilib. Səbəb 2014-cü ildən bəri məmurların Putinin genişmiqyaslı işğala hazırlaşmaq üçün ayırdığı xeyli pulu oğurlaması ola bilər.

“Müdafiə Nazirliyinin 20 generalı həbs edilib. Bütün qərargah zabitləri həbsdədir. Artıq hər şey aydındır. Putinin Ukraynanı işğal etmək üçün ayırdığı 10 milyard dollar oğurlanıb”, – deyə Nevzlin əlavə edib.

İş adamı Rusiya Baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviçə qarşı cinayət işinin başlandığını öyrənib. Onun həmkarları və dostlarının əleyhinə ifadə verməsi gözlənilir. Putinin keçmiş müşaviri Vladimir Surkov isə ev dustaqlığına buraxılıb. O, müharibəyə hazırlıq üçün ayrılan pulları oğurlamaqda şübhəli bilinir. Eyni işdə 20 general da həbs edilib.

Rusiyada isə Nevzlinin açıqlamasına hələlik münasibət bildirilməyib. 

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR