İnsanlara hürriyət, millətlərə istiqlal!

"Şou-biznes antisanitariyadır"

"Devizim hər zaman bu olub ki, dəyişək, inkişaf edək. Xatun gecə yatıb səhər oyanıb dəyişdi olmayıb. Birinci düşüncə yaranır, ətrafına, gündəmə baxırsan. Görürsən ki, o dövr deyil. Sosial media dövrüdür".

Bu sözləri müğənni Xatun Əliyeva "Full şou"da qonaq olarkən deyib. Son vaxtlar görünüşündəki dəyişiklikdən danışan sənətçi bunun səbəbini açıqlayıb:

"Yeni mahnıları köhnə imicdə təqdim edə bilməzdim. Düşündüm ki, Xatun, bu belə davam edə bilməz. Sən nəsə etməlisən. Birinci yerdə pəhrizim, sağlamlığım və psixoloji durumum dururdu. Elə bir an idi ki, təmtək qalmışdım. Yanımda başbilən, yol göstərən yoxdur. düşündüm ki, özüm ayağa qalxıb, yola davam etməliyəm".

Şou-biznesin son halını pisləyən Xatun "İndiki zəmanədə çoxunu efirə buraxmazdım. Sosial şəbəkəyə gücüm çatmaz. Müğənniyə insan baxıb feyziyab almalıdır. Son günlər xausdu, antisanitariyadır" sözlərini əlavə edib. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR