İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial şəbəkədə tüfənglə görüntülərini yaydı, DİN hərəkətə keçdi - VİDEO

Daxili İşlər Nazirliyi sosial şəbəkədə lüləyi kəsilmiş tüfənglə görüntülərini paylaşan şəxslə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, video polis əməkdaşları tərəfindən araşdırılıb. 

Həmin şəxsin Tərtər rayonunda yaşayan C.Lətifov olduğu müəyyən edilib. Onun yaşadığı ünvandan müvafiq sənədləri olmayan qundağı və lüləyi kəsilmiş tüfəng aşkar edilərək götürülüb. 

Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR