Onlayn ictimai-siyasi qəzet
Türkiyədə bu gündən etibarən "Sosial media qanunu" qüvvəyə minib.
Musavat.com xəbər verir ki, qanunda diqqətçəkən məqamlar bunlardır:
- İnternet xəbər saytlarında çalışan şəxslər jurnalist hesab ediləcək və onlara da sarı basın kartı veriləcək.
- Uşaqların və yeniyetmələrin əxlaqını korlayan materiallar qanun pozuntusu hesab ediləcək.
- Bütün xəbər saytları yayımladığı xəbərləri arxivdə saxlamağa məcburdur.
- Dövlət qurumu xəbəri silməyi saytdan tələb edə biləcək. Mənbə xəbəri siləndən sonra bütün saytlar silməlidir.
- Rəsmi elanlar və reklamlar xəbər saytlarında da yayımlana biləcək.
- Rəsmi ünvanı olmayan sayt xəbər saytı hesab olunmayacaq.
- Sosial şəbəkələr (Facebook, instagram, tvitter, youtube, tiktok və s) Türkiyədə rəsmi ofis açmağa məcbur ediləcək. Ofisin rəsmi təmsilçisi isə Türkiyə vətəndaşı olmalıdır.
- Yeni qanuna görə, sosial mediada dezinformasiya yayan şəxsləri 3 ilə qədər həbs gözləyir.
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ