İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial-iqtisadi inkişafa dair 5 milli prioritet - cəmiyyət nə qazanacaq...

Natiq Cəfərli: “Çox yaxşı olardı ki, bu iş planları keçmişdəki kimi yarımçıq yox, ölçüləbilən olsun”

Sosial iqtisadi inkişafa dair 5 milli prioritet müəyyən olunub. Bunlar ölkəmizin gələcək inkişaf istiqamətlərini təşkil edir. Prezidentin sərəncamı ilə 2022-26-cı illər Azərbaycanın sosial iqtisadi inkişaf starategiyası qəbul edilib. Strategiyada İqtisadiyyat Nazirliyinə yeni nəsil iqtisadiyyat strategiyasının hazırlanması tapşırılıb.

Bu barədə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

O qeyd edib ki, iqtisadiyyat stategiyasının hazırlanması ilə bağlı komissiya yaradılıb və layihə hazırlanaraq aidiyyəti üzrə təqdim olunub:

Bu mənim ilk qrip karantinim deyil" - Sahib Məmmədov ilə müsahibə

“Əsas prioritet kibertəhlükəsizliklə bağlıdır. Hazırda Şərqi Zəngəzurda, Qarabağda geniş yenidənqurma işləri həyata keçirilir. Məqsəd işğaldan azad olunan ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyasıdır. Bu baxımdan rəqəmsallaşma tədbirləri də ön plana çıxır. Rəqəmsal iqtisadiyyatın tətbiqi üçün kibertəhlükəsizliyin təminatı çox vacibdir. ”Big data", süni intellekt, əşyaların interneti sahəsi, rəqəmsal marketinq, dron texnologiyalarının tətbiqi və digər istiqamətlər rəqəmsal iqtisadiyyatın inkişafı üçün zəruri sahələrdir. Bunların uğurlu və dayanıqlı tətbiqi üçün kibertəhlükəsizlik baxımından kadr potensialının hazırlanması da zəruri məsələlərdəndir. Ölkəmizin kibertəhlükəsizlik sahəsində qarşıya qoyulan məqsədlərə nail olması üçün lazımi normativ hüquqi baza hazırlanıb".

Xatırladaq ki, dövlət başçısı İlham Əliyev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prıoritetlər”in təsdiq edilməsi ilə bağlı 2021-ci il fevralın 2-də müvafiq sərəncam imzalayıb. Bununla da sosial-iqtisadi inkişafa dair Milli Prıoritetlərin təsdiqi ilə iqtisadi inkişafnda keyfiyyətcə yeni bir mərhələnin əsası qoyulub və həmin vaxtdan qeyri-neft-qaz sektorunun gücləndırilməsi prioritet istiqamətə çevrilib. Eyni zamanda, sözügedən Milli Prioritetlərdə davamlı və yüksək iqtisadi artıma nail olunması, həmçinin bu məsələdə daxili və xarici təsirlərin azaldılması qarşıya mühüm vəzifə kimi qoyulub.

Dövlət başçısının “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında 22 iyul 2022-ci il tarixli sərəncamı da nəzərndə tutulan Milli Prioritetlərin gerçəkləşdirilməsini təmin etmək məqsədilə imzalayıb. Ölkə rəhbəri mühüm önəm daşıyan və 5 illik bir dövrü əhatə edən bu sənədlə planlaşdırılan müəyyən layihələrin əlaqələndırilməsini, reallaşdırılmasına nəzarəti və hesabatlılığını həyata keçirməyi qarşıya mühüm vəzifə kimi qoyub.

Bəs bu 5 milli prioritet konkret nədən ibarətdir? Bunlar nə vaxt tətbiq olunmağa başlayacaq? Cəmiyyət nə qazanacaq?

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib:

“Azərbaycanda dəfələrlə buna bənzər  proqramlar qəbul olunub. Yəni milli prioritetlərlə bağlı 2010-2020-ci və 2020-2026-cı illər proqramları qəbul olunub. Həmişə bir neçə sahə, o cümlədən, turizm, kənd təsərrüfatı, aqrar, informasiya texnologiyaları sahəsi önə çıxıb. Amma təəssüf ki, bunun ölçüləbilənliyi yoxdur.

Natiq Cəfərli Ədalət Vəliyevlə görüşün səbəbini açıqladı - GlobalInfo.az

Natiq Cəfərli 

Elmdən belə məlumdur ki, hansısa bir proqram qəbul edərkən onun icra mexanizmləri ilə bağlı ayrıca indiqatorlar qoyulur ki, hansı müddətə icra olunacağı və icra olunandan sonra hansı nəticələr əldə ediləcəyi müəyyən edilsin. Təəssüf ki, bizdə çatışmayan ən vacib məsələ bu indiqatorların olmamasıdır. Yəni proqramlar qəbul olunur, amma onun ölçüləbilənliyi və nəticəyə  hesablanan  parametrləri ilə bağlı sonradan  problemlər yaşanır, elan olunmur ki, hansı məqsəd,         hədəflər qoyulmuşdu və hədəflərin neçə faizinə nə qədər çatmaq mümkün oldu və sairə.

Təbii ki, niyyət, proqram, istiqamətlər olaraq çox təqdirəlayiq haldır ki, Azərbaycan hökuməti bir neçə istiqamət üzrə  yenidən prioritet istiqamətlər elan edib və bununla bağlı iş planı hazırlayır. Amma çox yaxşı olardı ki, bu iş planları keçmişdə olduğu kimi yarımçıq olmasın, ölçüləbilən olsun. Yəni, hədəflərə nə zaman və necə çatacağımızla bağlı aydın təsəvvürlərimiz olmalıdır. Belə olan halda sosial məsələlərin həllinə, ümumiyyətlə, yeni bir sosial problemlərin çağırışlarının həllinə nail olarıq.  O cümlədən işğaldan  azad olunmuş bölgələrimizin  iqtisadiyyata qazandırılmasının da müsbət təsirləri olacaq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR