İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Zelenskidən Putinə BÖYÜK ŞOK - Belə qisas aldılar

Ukrayna prezidenti Volodimir Zelenski Xerson vilayətində Rusiyaya məxsus 3 döyüş təyyarəsinin vurulduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, Ukrayna lideri buna görə hərbçilərə təşəkkür edib.

"Ukraynanın cənubundakı Xerson vilayətimizin səmasında 3 Rusiya təyyarəsini vurduqlarına görə qırıcılarımıza minnətdaram. Bu, bizim Hərbi Hava Qüvvələrimizin, xüsusən də Odessa zenit-artilleriya briqadasının fəaliyyətinin nəticəsidir. Sağ olun, döyüşçülər. Hər bir rusiyalı qatil bizim cavabımızı alacaq və onların heç biri ədalətdən qaça bilməyəcək" - o bildirib.

Bundan başqa, Hollandiyanın müdafiə naziri Kajsa Ollongren Ukraynaya 18 ədəd F-16 tipli döyüş təyyarəsi göndərməyə hazırlaşdıqlarını açıqlayıb.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR