İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Zelenski nöqtəni qoydu - Ukrayna güzəştə getməyəcək

Ukrayna lideri Volodimir Zelenski Rusiya ilə potensial sülh sazişində öz ərazilərini güzəştə getməyəcəklərini bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə Zelenski BBC-yə açıqlamasında bildirib.

Ukrayna lideri iddia edib ki, ərazinin güzəştə getməsi Rusiyanın “təkrar qayıdışı” anlamına gələ bilər. 

Zelenski həmçinin qeyd edib ki, gözlənilən yaz hücumu artıq başlayıb: “Rusiyanın bir neçə istiqamətdən hücumları artıq başlayıb”.

Ukrayna lideri Qərbdən daha çox hərbi yardım çağırışını təkrarlayıb, eyni zamanda qeyd edib ki, Ukrayna qüvvələri əks hücuma başlayana qədər Rusiyanın irəliləyişinə müqavimət göstərə bilər.

O, Qərb silahlarının sülhü yaxınlaşdırdığını da bildirib: "Əlbəttə, müasir silahlar sülhü sürətləndirir. Rusiyanın anladığı yeganə dil silahdır".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR