İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Zelenksini hiddətləndirəcək addım - İlon Mask qərarını verdi

Milyarder iş adamı İlon Mask Rusiyanın Ukraynaya müdaxiləsindən dərhal sonra "SpaceX"in Starlink peyk-internet sistemini Ukraynada aktivləşdirmək qərarına gəlmişdi. 

İlon Mask Twitter-də bildirib ki, indiyədək Ukraynaya 20.000 Starlink peyk-internet sistemi hədiyyə edilib və bu, SpaceX-ə 80 milyon dollara başa gəlib. Mask bu xərcin ilin sonunda 100 milyon dolları keçəcəyini bildirib.

Musavat.com xəbər verir ki, "CNN İnternational"ın əldə etdiyi məlumata görə, Pentaqon müdaxilə edib milyonlarla dollar ödəməsə, bu yardımları sona çatacaq.

"SpaceX"in sentyabr ayında ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) yazdığı Aleks Marquardt imzalı məktubda bildirilir ki, şirkət artıq Ukraynadakı xidməti maliyyələşdirməyə davam edə bilməz. Məktubda, həmçinin Pentaqonun Ukrayna hökuməti və hərbi istifadə üçün təklif olunan Starlink xidmətinin maliyyələşdirilməsini öz üzərinə götürməsi tələb olunur.

Şirkətin satış direktoru tərəfindən yazılmış məktubda deyilir: "Biz nə Ukraynaya daha çox terminal bağışlamaq, nə də mövcud terminalları qeyri-müəyyən müddətə qədər maliyyələşdirmək iqtidarında deyilik"

"SpaceX"in iddialarına görə, Ukraynada göstərilən xidmətin dəyəri ilin qalan hissəsində 120 milyon dollara, yaxın 12 ayda isə 400 milyon dollara çata bilər.

Xatırladaq ki, bir müddət əvvəl Krımın Rusiyanın bir hissəsi olduğunu deyən Mask Ukraynanın bu məsələdə neytral qalmalı olduğunu bildirib. Bu tvit qısa müddətdə müzakirələri alovlandırıb. 

Ukrayna lideri Vladimir Zelenskinin Maska reaksiyası gecikməyib.

İlon Maska sorğu ilə cavab verən Zelenski izləyicilərinə bu sualı verib: Hansı İlon Maskı daha çox bəyənirsiniz? Ukraynanı dəstəkləyən, yoxsa Rusiyanı?

Ukraynanı dəstəkləyənlər faiz etibarilə çoxluq təşkil edib.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR