Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyev 75 yaşında vəfat edib.
Məlumata görə, tanınmış diplomat bu gün axşam saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Yaşar Əliyev 1948-ci ildə Bakıda anadan olub.
Milli Məclisin I və II çağırış üzvü, Azərbaycan Milli Məclisinin sədr müavini, Azərbaycan Ali Sovetinin sədr müavini olub.
Həmçinin Azərbaycanın Çindəki (2002–2011) səfiri vəzifəsində çalışıb. Həmin dövrdə Azərbaycanın Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustanda (2004-2011) səfiri vəzifəsini də yerinə yetirib.//Report
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ