İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Xarkov və Odessa BOMBALANDI – Ölənlər var – Rusiya QIRĞINA BAŞLADI

Rusiya ordusu səhər saatlarında Xarkovda baş verən silsilə parlayışlar nəticəsində bir nəfər ölüb, ikisi yaralanıb. Bu barədə şəhərin meri İqor Terexov məlumat verib.

Terexov hazırda şəhər infrastrukturuna dəyən ziyanın həcminin müəyyənləşdirildiyini bildirib.

Mer vurğulayıb ki, şəhərdə həyəcan siqnalı təhlükəli vəziyyət aradan qalxana qədər davam edəcək.

Rusiya Odessaya da növbəti raket zərbəsi endirib. 23 mülki şəxs xəstəxanalara yerləşdirilib. Onlardan səkkizinin vəziyyəti ağır, dördünün vəziyyəti isə çox ağırdır. Bundan əlavə, artıq beş nəfərin öldüyü məlumdur.

Ukrayna tərəfinin məlumatına görə, ruslar Odessa Hüquq Akademiyası”nın Tələbələr Sarayını hədəf alıblar və bunun üçün kaset başlıqlı “İsgəndər-M” raketindən istifadə ediblər.
Qeyd olunur ki, ərazidə heç bir hərbi obyekt yoxdur və insanlar dəniz sahilində yerləşən bu ərazidən gəzinti üçün istifadə ediblər. Ona görə ölən və yaralananların hamısı mülki şəxslərdir.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Qonağımız hərbi ekpsert Ədalət Verdiyevdir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR