İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ukrayna rəsmən ELAN ETDİ - Qoşunlar şəhərə daxil olub

Rusiyanın Müdafiə Nazirliyi Rusiya hərbi qüvvələrinin Ukraynanın Xerson vilayətinin eyniadlı şəhərini tərk etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Rusiyanın bölgədən geri çəkilmək planlarına əvvəlcə şübhə ilə yanaşan Kiyev rəhbərliyi son 48 saat ərzində onlarla qəsəbəni geri alıb. Xerson şəhərində vilayət administrasiyasının binasında Ukrayna bayraqları dalğalanmağa başlayıb.

Ukrayna Müdafiə Nazirliyi bu dəqiqələrdə Rusiya qoşunlarının geri çəkildiyi Xerson vilayətinin onların nəzarətinə keçdiyini rəsmən açıqlayıb.

“Rus əsgərlərinin geri çəkildiyi Xerson bölgəsi Ukraynanın nəzarətinə keçib. Qoşunlarımız şəhərə daxil olmağa başlayıb” - nazirliyin bəyanatında deyilir.

Rusiya Müdafiə Nazirliyi gündəlik brifinqində bütün Rusiya qüvvələrinin Dnepr çayının şərq sahilinə doğru hərəkət etdiyini və geri çəkilmənin Bakı vaxtı ilə saat 06:00-da tamamlandığını bildirib. Rusiya qoşunlarının bölgədən çıxarılmasına baxmayaraq, Kreml Xerson şəhərinin hələ də onların tərkibində olduğunu açıqlayıb.

Qeyd edək ki, geri çəkilməzdən əvvəl Rusiya minlərlə dinc sakini qayıqlarla şəhərdən təxliyə etmiş, Ukrayna isə məcburi deportasiya kimi təsvir etdiyi hadisəni pisləmişdi.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR