İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Türkiyədə güclü yanğın başlayıb - VİDEO

İzmirin Foça ilçəsində əkin sahəsində başlayan yanğın qısa müddət ərzində yaxınlıqdakı meşəlik və kolluq ərazilərə də yayılıb.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, yanğın yerli saatla 14:25 radələrində başlayıb. Güclü küləyin təsiri ilə meşə sahəsinə yayılıb.

İzmir Meşə Bölgə Müdirliyinə aid yanğınsöndürmə qrupları yanğını nəzarət altına almaq üçün hərəkətə keçiblər. Bu prosesə 2 təyyarə, 5 helikopter, 20 ədəd yanğınsöndürmə maşını, 5 su təchizatı vasitəsi və 1 buldozer cəlb olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

BÜTÜN XƏBƏRLƏR