İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Türkiyədə FÖVQƏLADƏ vəziyyət elan olundu, zəlzələ minlərlə can almaqda...-CANLI

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi Türkiyədə zəlzələ nəticəsində yaşanan kütləvi insan tələfatı barədə şok açıqlama verib. Təşkilatın Avropa üzrə nümayəndəsi Katrin Smolvud ölü sayının 8 qat artacağını bildirib:

"Təəssüf ki, baş verən bütün zəlzələlərdə hər zaman eyni halı müşahidə edirik. Dağıntılar altında xeyli insan var. Bu səbəbdən də həftə ərzində ölən və yaralanların sayının əhəmiyyətli dərəcədə artması gözlənilir. Ölü sayı isə 8 qat artacaq".
Xatırladaq ki, Türkiyədə baş verən 7,7 və 7,6 ballıq zəlzələlərdən sonra 10 şəhərdə həyatını itirənlərin sayı 3432-yə çatıb, 21 min 103 nəfər yaralanıb.

TVMusavat-ın saat 16:00-da “Həftə içi”verilişində “Qafqaz” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor, siyasi ekspert Hasan Oktayla Türkiyəni müzakirə edirik.
Youtube səhifəsinin ünvanı:

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR