İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Tarix bəlli oldu - İsveçdən NATO AÇIQLAMASI

 

İsveçin xarici işlər naziri Tobias Billström NATO-ya üzvlük prosesini qiymətləndirib.

Musavat.com xəbər verir ki, Ankara ilə İsveçin gərginliyini nəzərə alsaq, İsveçin NATO üzvlüyünün baş tutub-tutmayacağı ilə bağlı suala "əlbəttə, baş tutacaq" cavabını verib.

NATO üzvü olan 30 ölkənin 28-dən təsdiq aldıqlarını vurğulayan Billström ölkəsinin NATO üzvlüyünün artıq an məsələsi olduğunu deyib.

Billström Türkiyə prezidenti Ərdoğanın Ankaranın danışıqlarına başlamağa hazır olduğunu açıqlamasını yaxşı xəbər adlandırıb

İsveçin XİN başçısı bildirib ki, ölkəsi iyun ayında keçiriləcək NATO sammitində üzv olmağı hədəfləyir:

"Türkiyə Böyük Millət Məclisinin təsdiqləmə müddətini başlatmasının vaxtı gəldi. İnanırıq ki, doğru olan budur".

İsveç Baş naziri Kristerson isə martın ortasında Türkiyədən təsdiq gözlədiklərini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR