İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! ŞOK həqiqət üzə çıxdı - Qərb Ukraynanı "bəlaya salıb"

Ötən ilin fevralında Rusiya prezidenti Vladimir Putinin verdiyi sərəncamla başlayan qanlı müharibə davam edir. Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə yanaşı, Ukraynanı da silahla təmin edir. Müharibə başlayandan bəri Qərb müttəfiqləri bu ölkəyə milyardlarla dollar dəyərində silah göndərilib. Ötən həftəyə olan məlumata görə, təkcə ABŞ 40 milyard dollara yaxın, Avropalı müttəfiqlər isə toplam on milyardlarla vəsait ayırıb.

Bundan əlavə, Ukrayna özəl silah bazarına milyardlarla dollar xərcləyib. Ancaq görünən odur ki, Ukraynaya göndərilən silahların bir çoxu Kiyevi, belə demək mümkünsə, bəlaya salıb.

Musavat.com xəbər verir ki, ABŞ-ın aparıcı qəzetlərindən olan “New York Times” Ukraynaya göndərilən silahları araşdırıb və təəccüblü nəticə əldə edib.

649034e64e3fe10860b366a8.jpg (61 KB)

Araşdırmaya görə, Ukraynanın aldığı silahların bəziləri hələ də gəlib çatmayıb.

Ukraynanın Rusiyaya qarşı mübarizəsi üçün həyati əhəmiyyət kəsb edən və Qərb tərəfindən bağışlanan silahların bir çoxu o qədər pis vəziyyətdədir ki, istifadə etmək mümkün deyil. Eyni hesabata görə, Kiyevin arsenalının 30 faizi təmirdədir.

Bu yaxınlarda İtaliya hökumətinin hədiyyə etdiyi 33 özüyeriyən haubitsanın çatdırılması bu vəziyyətin ən bariz nümunəsidir. Belə ki, haubitsalardan birinin mühərrikindən tüstü çıxması müşahidə olunub.

649035374e3fe10860b366ad.jpg (93 KB)

İtaliya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, hərbi texnikalar illər əvvəl istismardan çıxarılıb, lakin Ukrayna hələ də onların “əsaslı təmir olunaraq istismara verilməsini istəyir, çünki Rusiya təcavüzünə qarşı durmaq üçün hərbi texnikalara təcili ehtiyac var”.

Ukrayna hökumətinin sənədləri göstərir ki, Müdafiə Nazirliyi bu 33 haubitsanın təmiri üçün Ultra Defence Corporation adlı Amerika şirkətinə 19,8 milyon dollar ödəyib. Həmin sənədlərə əsasən, bu haubitsalardan 13-ü yanvar ayında Ukraynaya göndərilib, lakin döyüş tapşırıqları üçün yararsız olduğu müəyyən edilib.

NYT yazıb ki, Pentaqon məsələ ilə bağlı araşdırma aparır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR