İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! SEPAH komandiri Tehran valisi təyin edildi: Paytaxtda etirazları güc yolu ilə...

İran-İraq müharibəsi zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri olan Əlirza Fəxxari hökumətin bazar günü axşam keçirilən iclasında səsvermə yolu ilə Tehranın valisi seçilib.

Musavat.com-un xarici mediaya istinadən xəbərinə görə, Fəxxarinin vali təyin edilməsi İran hökumətinin indiki durumda dövlət vəzifələrinə hərbçilərin yerləşdirilməsi hallarının artacağına nümunə kimi göstərilib.

İran mediasının məlumatında Əlirza Fəxxarinin hərbçi keçmişi ilə bağlı məlumat yaymamağa çalışılıb. O, bundan öncə SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının rəis müavini olub.

Əlirza Fəxxari radikal mühafizəkar qanada bağlı komandirlərdən sayılır və buna görə də, onun Tehran valisi təyin olunması ilə yaxın günlərdə paytaxtda daha çox zorakılıq və ciddi təhlükəsizlik tədbirlərinin tətbiq olunacağı gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR