İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Rusiyaya BÖYÜK ŞOK - İtkilərin sayı dəhşətə gətirir

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Ukrayna ordusu müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 179 320 hərbçisini zərərsizləşdirib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin 3 644 tank, 7 038 zirehli maşın, 2 765 artilleriya sistemi, 535 reaktiv yaylım atəşi sistemi, 282 hava hücumundan müdafiə sistemi, 307 təyyarə, 293 helikopter, 2 332 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 620 avtomobil texnikası və avtosistern, 316 xüsusi texnikası sıradan çıxarılıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR