İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Rusiyaya BÖYÜK ŞOK - İtkilərin sayı 170 mini ötdü

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Ukrayna ordusu müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 178 820 hərbçisini zərərsizləşdirib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin 3 637 tank, 7 028 zirehli maşın,  2 750 artilleriya sistemi, 534 reaktiv yaylım atəşi sistemi, 282 hava hücumundan müdafiə sistemi, 307 təyyarə, 292 helikopter, 2 323 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 607 avtomobil texnikası və avtosistern, 311 xüsusi texnikası sıradan çıxarılıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR