İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Rusiyadan daha bir ölkəyə ŞOK XƏBƏRDARLIQ - Yeni müharibə elanı

Rusiyanın Berlindəki səfiri Sergey Neçaev Almaniyaya təhdid kimi xəbərdarlıqlar edib.

Musavat.com xəbər verir ki, Neçayevin iddiasına görə, Almaniya Rusiya ilə birbaşa münaqişədən qaçmaq üçün əlindən gələni əsirgəməyib və əvəzində Moskvanı strateji məğlubiyyətə uğratmaq üçün Ukraynadan istifadə edib.

“İzvestiya” qəzetinə danışan Rusiya səfiri Ukraynaya tədarük edilən alman silahlarının çeşidinin daim genişləndiyinə diqqət çəkib: “Berlin Kiyev rejiminə müasir öldürücü silah sistemləri, o cümlədən ağır döyüş tankları, haubitsalar, çoxsaylı reaktiv yaylım atəşi və hava hücumundan müdafiə sistemləri göndərməyə davam edir”.

Neçayev Berlinə ultimatum verərək deyib ki, Almaniya hökuməti Rusiyanı strateji cəhətdən məğlub etmək üçün bütün mümkün “qırmızı xətləri” keçib.

Rusiya səfiri iddia edib ki, alman xalqı birbaşa müharibəyə isti yanaşmadığı üçün Berlin belə bir siyasət yürütdüb: “Başqasının əli ilə döyüşmək daha asandır”.

Almaniya ilə Rusiya arasında münasibətlər Berlinin Ukraynadakı diplomatı Anka Feldhusenin açıqlamalarından sonra gərginləşib. Feldhusen deyib ki, əgər Rusiya prezidenti Vladimir Putin Almaniya ərazisində görünsə, şübhəsiz ki, həbs olunacaq.

Bunu dünən Almaniyanın ədliyyə naziri də təsdiqləyib. Moskvanın bu sözlərə reaksiyası sərt olub.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, Almaniya Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Rusiya prezidenti Vladimir Putinin həbsinə dair orderini öz ərazisində həyata keçirərsə, bu, Rusiyaya qarşı müharibə elanı demək olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR