Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Samara vilayətində hökumət binasına qumbara atılıb. Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev məlumat yayıb. O bildirib ki, insident nəticəsində tələfat və xəsarət alan olmayıb. Partlayış nəticəsində səki plitələrinə ziyan dəyib. Qumbaranı atan şəxs saxlanılıb. Hadisənin motivləri araşdırılır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ ilə danışıqlarda Rusiyanın yeni ərazilərinin statusu ilə bağlı danışıb. Kremlin sözçüsü Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiyanın subyektinə çevrildiyini söyləyib.
"Ölkəmizin konstitusiyasında qeyd olunan Rusiyanın subyektinə çevrilmiş ərazilər Rusiya Federasiyasının ayrılmaz hissəsidir. Bu, tamamilə danılmaz və müzakirə olunmayan faktdır", - deyə Peskov vurğulayıb.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu ilə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə gündəmi müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
27 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ