Onlayn ictimai-siyasi qəzet
Rusiya Kursk vilayətinə əlavə hərbi qüvvələr göndərir.
Musavat.com xəbər verir ki, bu barədə görüntülər telegram kanallarında paylaşılıb.
Həmin görüntüləri təqdim edirik:
@@TVmusavat/92608@@
Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə soxulub və bir neçə kəndi ələ keçirib. İndiyədək davam edən döyüşlərdə Rusiya ordusu qarşı tərəfi geriyə ata bilməyib. Bölgədə döyüş əməliyyatları zonasının 400 kvadrat kilometrdən artıq olduğu bildirilir.
Yayılan son məlumatlara görə, Ukrayna Kursk vilayətinin Oktyabrskoye kəndində hərbi konvoya HIMARS-la zərbə endirib. Hücum nəticəsində 120-dən çox Rusiya hərbçisi həlak olub.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ