İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Rəsmən elan etdilər: İsrailin icazəsi olmadan...

Milyarder İlon Mask "Starlink"i Qəzza üzərində İsrailin icazəsi olmadan aktivləşdirməməyə razılıq verib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İsrailin rabitə naziri Şlomo Karhi açıqlayıb.

İsrailli nazir Tvitter hesabında etdiyi paylaşımda Maskı qərarına görə təbrik edib.

Hələlik Maskdan məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, İsrailin mühasirədə olan Qəzza zolağına hücumları səbəbindən bölgədə rabitə infrastrukturu zədələnib, internet kəsilib. İlon Mask keçən ay sosial media hesabından verdiyi açıqlamada bölgədəki beynəlxalq humanitar təşkilatlara kommunikasiya bağlantısı dəstəyi verəcəklərini bildirmişdi. Bu isə İsrail tərəfinin etirazına səbəb olmuşdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR