İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: "Qarabağ"ın "qol maşını" bu oyunu buraxacaq

"Qarabağ"ın "Bayer 04"lə Avropa Liqasının 1/8 final mərhələsi üzrə ilk oyunda (2:2) zədələnən futbolçularının son durumu bəlli olub.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin verdiyi açıqlamaya görə, Yassin Benzianın vəziyyəti normaldır. Klub sözçüsü Juninyonun sağlamlığı barədə bu sözləri deyib:

"Benzianın durumu normaldır. Juninyoya gəlincə, böyük ehtimal bugünkü oyunu buraxacaq. Həkimlərin nəzarətindədir, ona qədər bilinəcək ki, "Bayer 04"lə oyunda oynayacaq, ya yox".

Qeyd edək ki, "Qarabağ" bu gün "Zirə" ilə üz-üzə gələcək. Qurban Qurbanovun komandası martın 14-də səfərdə "Bayer 04"lə cavab oyununa çıxacaq. (offsideplus.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR