İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Putindən MÜHÜM FƏRMAN - Fevralın 1-də...

Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmanla Rusiya neftinə ən yüksək qiymət (60 dollar) tətbiqində iştirak edən ölkə və fiziki şəxslərə neft və neft məhsullarının satışı qadağan edilib.

Musavat.com xəbər verir ki, fərmana əsasən, Rusiya neftinin alıcıları müqavilədə ən yüksək qiymətdən və ya alternativ qiymət mexanizmindən istifadə etsələr, həmin ölkələrə neft daşınmayacaq.

Neft daşınması qadağası 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək.

Fərmanda neftin ancaq Putinin xüsusi icazəsi ilə ən yüksək qiymətlər tətbiq edən ölkələrə daşına biləcəyi qeyd olunub.

Xatırladaq ki, 2 dekabrda qazın böyük ölçüdə kəsilməsi ilə qışa dərin enerji böhranı kölgəsində girən Avropa verdiyi qərarı açıqlayıb. Avropa İttifaqına üzv 27 ölkə Rusiyadan dəniz yolu ilə daşınan neftə 60 dollar tavan qiyməti tətbiq etmək barədə razılığa gəlib. 

Almaniya, ABŞ, Böyük Britaniya, İtaliya, Fransa, Yaponiya, Kanadadan ibarət olan G7 ölkələri və Avstraliya da dəniz yolu ilə daşınan Rusiya xam neftinin barelinə 60 dollar qiymət tətbiq etməyə razılaşıb.

Aİ, G7 və Avstraliyanın bu qərarı dekabrın 5-də qüvvəyə minib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR