İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Paşinyan onlara qarşı HƏRƏKƏTƏ KEÇİR

Təxribatçı keşiş, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə Kirantsdan İrəvana yürüş hakimiyyətin ciddi narahatlığına səbəb olub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli müxalif “Hraparak” qəzeti bununla bağlı maraqlı məlumat yayıb.

Qəzetin informasiyasına əsasən, Nikol Paşinyan “Vətəndaş sazişi” partiyasının fəallarına və hakimiyyətin təbliğat blokunun koordinatoruna sosial şəbəkələrdə və mediada fəal işləməyi, mümkün olduğu təqdirdə hərəkatı “keçmiş” və Rusiya ilə əlaqələndirməyi, kilsəni nüfuzdan salmağı tapşırıb.

“Digər tərəfdən, dövlət rəsmilərinə vəziyyəti daha da gərginləşdirəcək, narazı insanları özlərinə qarşı yönəldə biləcək açıqlamalar verməmək barədə xəbərdarlıq edilib. Bu gün isə Paşinyan mətbuat konfransı verməklə bu mübarizəyə qoşulacaq”, - deyə qəzet qeyd edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR