İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qayınana-gəlin mövzusu yığışdırılsın" - Afaq Bəşirqızı əsəbiləşdi

Xalq artisti Afaq Bəşirqızı "Şən gənc" verilişində iştirakçılara əsəbiləşib.

Aktrisa iştirakçıların qayınana-gəlin mövzusunda səhnə hazırlamasını tənqid edib:

"Qayınana-gəlin problemini siz gənclər etməyin. Bizim nəsil bunu gördü. Siz gənc nəsil qlobal problemi yada salmayın. Bu mövzu aradan götürülsün. Bu qədər qayınana-gəlin mövzusu olmaz".

Afaq Bəşirqızı daha sonra bölgələrdə gənclərə film və teatr sahəsində məsləhət verənlərin olmamasından şikayətlənib:

"Uşaqların halına acıyıram. İstər maddi, istər mənəvi, istərsə də fiziki tərəfdən əziyyət çəkirlər. O boyda rayondan gəlib incəsənət universitetini bitirənlər var. Teatr, film işini bilən yoxdur desin bunu belə edin?" (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR