İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Netanyahudan Ramazan QƏRARI - Yəhudilər...

İsrailin baş naziri Benyamin Netanyahu radikal yəhudilərin işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsaya basqınlarını Ramazan ayının sonuna qədər dayandırmaq qərarına gəlib.

Musavat.com xəbər verir ki, baş nazirlikdən verilən açıqlamada Benyamin Netanyahunun vəziyyətin hərtərəfli qiymətləndirilməsi məqsədilə toplantı keçirdiyi qeyd edilib.

Bəyanatda bildirilib ki, müdafiə naziri Yoav Gallant, Baş Qərargah rəisi Herzi Halevi, Daxili Kəşfiyyat Təşkilatının rəhbəri Şin-Bet Ronen Bar və polis rəisi Yaakov Şabtainin məsləhəti ilə Netanyahu "yəhudi ziyarətçi və turistlər"in Ramazan ayının sonuna qədər Məscidül-Əqsaya girməsini qadağan edib.

Digər tərəfdən, koalisiya hökumətinin ifrat sağçı tərəfdaşlarından olan Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir Netanyahunun qərarını “ciddi səhv” adlandırıb.

Qeyd edək ki, fanatik yəhudilər 5-13 aprel Pasxa bayramı ərəfəsində Məscidül-Əqsaya basqın çağırışlarını artırıblar. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR