İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Nazir qəflətən vəfat etdi

Belarusun nəqliyyat və kommunikasiya naziri Aleksey Avramenko 47 yaşında qəflətən vəfat edib.

Məlumatı “BelTA” yayıb.

Məlumata görə, nazirin ölümünün səbəbi açıqlanmayıb.

Bildirilib ki, A. Avramenko 1977-ci ildə Minskdə anadan olub. 1999-cu ildə Belarus Dövlət Politexnik Akademiyasını, 2010-cu ildə Belarus Prezidenti yanında İdarəetmə Akademiyasını bitirib. 2006-cı ildən Belarus hökumətində işləyir. 2019-cu ildə Prezident Aleksandr Lukaşenko onu nəqliyyat və kommunikasiya naziri təyin edib.

Məlumata görə, bu, son bir ildə Belarus hökumətində ikinci qəfil ölüm hadisəsidir. 2022-ci ilin noyabrında ölkənin xarici işlər naziri Vladimir Makey 64 yaşında qəflətən vəfat etmişdi. O, bu vəzifədə 2012-2022-ci illərdə işləyib.//“Report” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR