İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Münaqişə alovlanır: Bu ölkə HƏR AN hədəfə alına bilər

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) USS Gerald R. Ford təyyarədaşıyan gəmisi də daxil olmaqla donanmanın İsrail ordusuna dəstək vermək üçün Şərqi Aralıq dənizinə yola düşdüyünü açıqlayıb.

Musavat.com xəbər verir ki, CENTCOM-un komandiri general Maykl Kurilla Birləşmiş Ştatların bu mövqeyi daha da gücləndirmək üçün qlobal miqyasda hazır qüvvələr saxladığını bəyan edib və CENTCOM-un İsrailin yanında olduğunu bildirib.

ABŞ-ın İsrailə göndərdiyi yardım “güc nümayişi” kimi şərh edilib.

"Aljazeera"nın təhlildə ABŞ-ın 38-ci prezidentinin adını daşıyan Gerald Ford təyyarə gəmisinin rəhbərlik etdiyi donanmanın Amerikanın hərbi gücünü nümayiş etdirdiyi və İsrailə açıq dəstək vermək üçün qəsdən göndərildiyi iddia edilib.

ABŞ-ın bəyanatından sonra İraqdakı Şiə Koordinasiya Çərçivəsi direktoru və İran tərəfdarı Bədr Təşkilatının rəhbəri Hadi əl-Amiri ABŞ-ı hədələyib.

O, Fələstin xalqının yanında olduqlarını ifadə edib: “ABŞ Fələstinə müdaxilə edərsə, ABŞ-ı hədəf almaqdan çəkinməyəcəyik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR