İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Müharibə zəngləri çalınır - Çinin ŞOK PLANI

İllərdir davam edən Çin-Tayvan gərginliyi son zamanlar pik həddə çatıb. Tayvan Müdafiə Nazirliyi Çin ordusunun adanın ətrafında təşkil etdiyi hərbi manevrin üçüncü günündə - dünən səhərdən bu gün səhərədək adanın ətrafında Çinə məxsus 91 hərbi təyyarə və 12 döyüş gəmisinin aşkar edildiyini bildirib.

Musavat.com xəbər verir ki, nazirliyin açıqlamasında 91 təyyarədən 54-nün Tayvan boğazında tərəflərin təsir zonalarını məhdudlaşdırdığı hava və dəniz xətlərini keçdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, 8 "SU-30", 10 "J-10", 2 "J-11", 10 "J-16" döyüş təyyarəsi, 2 "H-6" tipli bombardmançı, "Y-8 ASW" tipli dəniz patrul təyyarələri, "KJ-200" tipli erkən xəbərdarlıq təyyarələri, "TB-001" tipli silahlı, "BKZ-005" tipli silahsız pilotsuz təyyarələr Tayvan boğazında nominal "orta xətti" keçib. Bundan başqa, "Y-8 EW" və "Kj -500” erkən xəbərdarlıq təyyarəsi adanın cənub, “Y-20” tipli tanker təyyarəsi, 15 “J-15” qırıcı təyyarəsi isə cənub-şərq hissəsində uçuşlar həyata keçirib.

0 (91).jpg (35 KB)

Təxminlərə görə, ada ətrafında uçuşlar və gəmi patrulları Tayvan lideri Tsay İnq-venin Mərkəzi Amerika və ABŞ-a səfərlərindən sonra Çin ordusunun başlatdığı hərbi təlimin fəaliyyəti ilə bağlıdır. Belə ki, Tayvanın yerləşdiyi bölgədən məsul olan Çin Xalq Azadlıq Ordusu (ÇXAO) Şərq Cəbhəsi Komandanlığı aprelin 8-də adanın ətrafında quru, hava, dəniz və raket qüvvələrinin iştirak etdiyi birgə hərbi təlimin başladığını açıqlayıb. "Birgə Qılınc" adlı hərbi manevrdə quru qüvvələrinə bağlı raket batareyaları, donanma döyüş gəmiləri, quruda yerləşən gəmi əleyhinə sistemlər, həmçinin hava qüvvələrinə aid döyüş təyyarələri, pilotsuz uçuş aparatları və idarə olunan raket sistemləri yer alıb.

BBC-yə danışan Milli Tayvan Chenchi Universitetinin professoru Çen-sen Yen bildirib ki, Pelosinin səfərindən sonra təlimlər Çinin “standart proseduru”na çevrilib.

0 (93).jpg (57 KB)

"Çin mövqelərini açıqlamalıdır, lakin onların reaksiyası həddindən artıq ola bilməz" -  Çen-sen Yen deyib.

BBC bu açıqlamadan sonra "zamanlama açardır" deyə şərh verib.

Bu şərhin səbəbi siyasidir. BBC-nin şərhinə görə, Çin Kommunist Partiyası 1949-cu ildə sona çatan vətəndaş müharibəsində müxalif Kuomintang Partiyasını (KMT) məğlub edərək KMT-ni rəsmi olaraq Tayvana qaçmağa məcbur edib. Lakin son illərdə əzəli rəqiblər eyni zəmin altında “Vahid Çin” prinsipi ilə yenidən qarşılaşıblar.

Professor Yen bəyan edir ki, Pekinin sərt mövqeyini davam etdirməsi KMT-nin qələbəsi ehtimalı ilə bağlıdır. Bir sözlə, Pekin Tayvan xalqına bildirir ki, əgər onlar hazırda hakim Demokratik Tərəqqi Partiyasına (DPP) səs versələr, müharibə olacaq, KMT-yə səs versələr, sülh olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR