Onlayn ictimai-siyasi qəzet
HƏMAS-ın hərbi qanadının lideri Məhəmməd Deif öldürülüb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin "Telegram" kanalı məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələrinin qırıcı təyyarələri iyulun 13-də Xan Yunis bölgəsinə zərbələr endirib və kəşfiyyat qiymətləndirilməsindən sonra Məhəmməd Deifin zərbə nəticəsində öldürüldüyü təsdiqlənib”, - məlumatda bildirilib.
"Yedioth Ahronoth" yazır ki, daha əvvəl yeddi sui-qəsd cəhdindən sağ çıxan Məhəmməd Deif Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin Əl-Məvasi bölgəsinə endirilən zərbə nəticəsində həlak olub. Onun köməkçisi, briqada komandiri Rafa Salameh də öldürülüb.
Qeyd edək ki, Məhəmməd Deif HƏMAS-ın hərbi qanadının komandiri və 7 oktyabr 2023-cü ildə İsrailə qarşı hücumun təşkilatçısı olub.
Yayılan son məlumata görə, HƏMAS Siyasi Bürosunun rəsmisi Mahmud Mərdavi Deifin öldürülməsi ilə bağlı xəbərləri təkzib edib.
@@TVmusavat/91990@@
İqbal,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ