İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Lavrov canlı yayında açıqladı - “Vaqner”in taleyi BƏLLİ OLDU

“Vaqner” muzdlu qruplaşması həftə sonu yatırılan üsyana baxmayaraq, Mali və Mərkəzi Afrika Respublikasında əməliyyatlarını davam etdirəcək.

Musavat.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün canlı yayında bildirib.

“Vaqner üzvləri orada təlimçi kimi çalışırlar. Təbii ki, bu iş davam edəcək” - Lavrov Russia Today-yə müsahibəsində deyib.

Məlum olduğu kimi, ötən günlərdə Rusiyada muzdlu hərbi qrup olan “Vaqner” rəhbərliyə üsyan edərək dövlət çevrilişinə cəhd göstərib. Rusiya lideri Putin 25 minlik ordusu ilə Moskvaya doğru yürüş edən "Vaqner"i xəyanətdə günahlandırıb. Tərəflər sonda razılığa gəliblər. Belarus lideri Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə Priqojinin yürüşü başa çatıb. Priqojin "rus qanını tökməmək məsuliyyəti ilə" geri çəkildiklərini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR