İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Laçın postuna zirehli texnikalar YERİDİLDİ

Xəbər verdiyimiz kimi, iyunun 15-i saat 08 radələrində Ermənistan Respublikasının Silahlı Qüvvələri terror-təxribat-provakasiya əməllərini növbəti dəfə davam etdirməklə müxtəlif çaplı odlu silahlardan Azərbaycan Respublikasının suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” Sərhəd Nəzarəti məntəqəsinə dislokasiya olunub və ərazidə xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəşlər açmışdı. Nəticədə 1 nəfər hərbi qulluqçu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri almışdı.

Bundan dərhal sonra DSX cavab tədbirləri görüb. “Laçın” sərhəd-keçid məntəqəsi insidentin araşdırılması, günahkarların tapılmasına qədər bağlanıb.

Musavat.com xəbər verir ki, bu gün “Laçın” Sərhəd Nəzarəti məntəqəsinə zirehli texnikalar yığılıb. 

Bununla bağlı fotogörütülər sosial şəbəkələrdə yayılıb.

@@TVmusavat/63650@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR