İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: İlham Əliyevdən Xankəndi və qondarma rejim açıqlaması – Üzeyir Cəfərovla CANLI debat

Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik.

Bu fikri Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında söyləyib.

Qarabağın Azərbaycan torpağı olduğunu bir daha diqqətə çatdıran dövlətimizin başçısı deyib:

“İkinci Qarabağ müharibəsi bunu sübut etdi. Hətta işğal illərində dünyada Ermənistan da daxil olmaqla heç bir ölkə bu rejimi tanımadı”.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 14.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR