İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İki ölkə birlikdə hərəkətə keçdi - 18 minə yaxın hərbçi...

Çinin Tayvan ətrafında genişmiqyaslı hərbi təlimini başa vurmasından sonra ABŞ və Filippin Cənubi Çin dənizi və Tayvan boğazı ətrafında indiyə qədərki ən böyük birgə təlimə başlayıb.

Musavat.com xəbər verir ki, Filippin və ABŞ tərəfindən verilən açıqlamada illik "Balikatan" təliminin Hind-Sakit Okean bölgəsində sülh və sabitliyə bağlılıqlarını nümayiş etdirdiyi bildirilib.

İki həftəlik təlimlərdə 12200-ü ABŞ əsgəri olmaqla 17600 əsgər iştirak edəcək. Avstraliya kimi qonşu ölkələrin də qatılacağı təlimdə ABŞ-ın döyüş gəmiləri, döyüş təyyarələri, HIMARS çoxsaylı reaktiv yaylım atəş sistemləri və Javelin tank əleyhinə raket sistemlərindən istifadə olunacaq.

ABŞ və Filippin hərbçiləri Cənubi Çin dənizində hərbi gəminin vurulması üçün təlimlər də keçirəcək.

Çinin təlimə sərt reaksiya verəcəyi gözlənsə də, hər iki ölkə rəsmiləri tərəfindən verilən açıqlamalarda bu təlimlərin Tayvandakı hadisələrə cavab olaraq başa düşülməməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, Tayvanın yerləşdiyi bölgədən məsul olan Çin Xalq Azadlıq Ordusu (ÇXAO) Şərq Cəbhəsi Komandanlığı aprelin 8-də adanın ətrafında quru, hava, dəniz və raket qüvvələrinin iştirak etdiyi birgə hərbi təlimin başladığını açıqlayıb. Hərbi təlimlərin başlaması Tayvan lideri Tsayın Los-Ancelesdə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Kevin Makkarti ilə görüşündən sonraya təsadüf edir və Çin hərbi manevrə Tayvan lideri Tsay İnq-venin ABŞ-a səfərinə cavab olaraq başlayıb. "Birgə Qılınc" adlı hərbi manevrdə quru qüvvələrinə bağlı raket batareyaları, donanma döyüş gəmiləri, quruda yerləşən gəmi əleyhinə sistemlər, həmçinin hava qüvvələrinə aid döyüş təyyarələri, pilotsuz uçuş aparatları və idarə olunan raket sistemləri yer alıb. Çin ordusunun dünən verilən açıqlamada Tayvan ətrafında həyata keçirilən 3 günlük təlimin sona çatdığı bildirilib. 

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR