İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! “Hizbullah” lideri ƏMR VERDİ - İsrailə qarşı BU RAKETDƏN istifadə edilir

Xəbər verdiyimiz kimi, Livanın “Hizbullah” hərəkatı İsrail ərazisini raket atəşinə tutub.

Musavat.com telegram kanallarına istinadən xəbər verir ki, hazırda İsrailin “Ramat David” bazası ətrafında güclü partlayış səsləri eşidilir.

Qeyd olunub ki, “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah bir neçə dəqiqə əvvəl Hayfaya hücumun əmrini şəxsən verib. 

“Hizbullah” ilk dəfə olaraq İsrailə qarşı “Fəcr-5” raketlərindən istifadə edib. 

Son məlumatlara görə, İordaniya hökuməti öz vətəndaşlarından Livanı mümkün qədər tez tərk etmələrini istəyib.

Ərəb mediası yazır ki, İordaniya və Səudiyyə Ərəbistanı müdafiə qüvvələri Yəmənin İsrailə mümkün hücumlarını dəf etmək üçün hazır vəziyyətdədir.

İran telegram kanalları İsrailin baş naziri Benyamin Netanyahunun yeraltı sığınacaqda olduğunu iddia edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR